Reklam verin!

Qismət - Səhvini boynuna ala bilmir bu...

Qismət - Səhvini  boynuna ala bilmir bu...

SƏHVİNİ BOYNUN ALA BİLMİR BU...


Bu dəm nə qədər pərçinlənibdir,
Niyə özü kimi ola bilmir bu?
Özünü əlindən hərdən silibdir
Düşünür, yadına sala bilmir bu...

Ömrünü yaşayır skelet kimi...
Dərdini ötürür estafet kimi,
Günaha ilişib siqaret kimi,
Bir gün də günahsız qala bilmir bu...

Varmı bu adamın görəsən əfvi?
O, özü düzəldib bəlkə bu məhvi?
Özündən on dəfə ağırdır səhvi,
Səhvini boynuna ala bilmir bu...



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha